10.000 BC

Image 

Filmdə çox hadisələr var ki, yazmaq istərdim. Amma, film haqqinda çox danışıb filmə baxmağınıza mane olmaq istəmirəm.

Film başdan ayağa “qələbəyə doğru atılmalı ilk addımın inanmaq olduğuna inandırmaq” mesajı verir. Bütün qəbilələri inandırmaq üçün bir nəfərin boynuna böyük yük düşür. Filmin qəhrəmanı da bu missiyanı çox gözəl yerinə yetirir. Bütün qəbilələri “Allah” deyə qəbul etdikləri birinə qarşı çıxarmaq, onların güclü olduğunu, Allahı öldürməyi bacaracağına inandıra bilir. Allahın qərar tutduğu yerdə müxtəlif qəbilələrdən olan qullar var idi. Qula çevrilməmiş qəbilələrdən olan insanları  inandırmaq da onun boynunda idi. Gizlincə girdikləri böyük tapınaqda vəhşicəsinə işlədilən fillərdən istifadə edərək aranı qatmağı bacarırlar. Fillərə nizə batıraraq qıcıqlandırıb qaçışmalarına səbəb olub qullarda ruh yüksəkliyi yaratdılar. Qullar elə bildi ki, vacib nəsə olub.  Və sonda bütün qullar da gizlincə içəri girənlərə qoşulur. Allah tərəfdarları ilə etirazçılar arasında döyüş başlayır. Az vaxtda etirazçılar, bütün “Allah döyüşçüləri”ni  ödlürməyi başardılar. Baş qəhrəmanın Allahı öldürmək üçün hərəkətə başlama səbəbi sevgilisinin Allahın döyüşçüləri tərəfindən saxlanması idi. Və tapınağın qabağında iki qüvvə: etiraz edənlər və Allahın qulluqçuları. Allah çölə çıxır və etirazçılara qoşulan bütün qullar ritual olaraq yerə uzanırlar.  Baş qəhrəmana təklif olunur ki, sevgilisini götürüb getsin. Çünki 15-20 nəfərdən başqa minlərlə insan yerə sərələnmişdi. O da bütün qulların azad olunmasını istəyir. Təklif rədd olunur. O da nizəsini götürür düz Allah tərəfə atır. Nizə düz ürəyinə girir və dığırlanaraq etirazçıların önünə düşür. Baş qəhrəmanın orda dediyi bir cümlədən sonra yerə uzanmış qullar ayağa durur; “O Allah deyildi. Allahlar ölməz.”
 Bizim mübarizəmiz də eynən buna bənzəyir. İnandıqları şeylərin yanlış olduğunu özləri belə inanmaq istəyən xalqımız var. İstəyirlər inansınlar ki, prezidentləri yaxşı deyil. Daha yaxşısına layiq olduqlarına inanırlar, daha yaxşısının var olduğuna inanmırlar. Daha yaxşı dolanmaq istəyirlər, daha çox pul qazanmaq istəyirlər.

İndi ölkədə TV-lərə ya baxmırlar, ya da baxıb inanmırlar. Bu siyasi hakimiyyət özləri də bilmədən, ifrat PR apardıqları üçün TV izləyicilərini inandıra bilmirlər. Ayda ildə bir dəfə ANS-də hansısa debata çıxan muxalifət nümayəndəsinin söylədiyi ağır tənqid camaatın dilində uzun müddət dolaşır. Bütün günü İlham Əliyevin ölkədə quruculuq işlərinin analoqu olmayan səviyyədə apardığına dair yalanlara cammat artıq inanmır. Bütün xalqı, hansı ki, onlar dəyişimi istəyənlərdir, inandırmaq istəyən, bu ağır işi çiyinləri üstünə götürməyi özünə borc bilən, həm də buna layiq olan lider ilk öncə özünü təsdiq eləməlidir.  Xalqa İlham Əliyevin kim olduğunu anlatmağa ehtiyac qalmayıb, hamı bilir. Camaata özünü necə təsdiq etmək isə çox çətin prosesdir, ona görə ki, xalqın arasında böyük bir qism var ki, hər formada bəhanələr tapmaqda ustalaşıblar. Qorxduqlarını, daha dəqiq desək inanmaq istəmədiklərini bildirməmək üçün hər nə desən deyərlər. Amma, bu xalqın lideri olmaq çox çətin məsələdir. Kim olmaq istəyirsə, hər şeyi gözə almalıdır. İkinci bir “Heydər Əliyev dalğası”nın yaşanma ehtimalı da yüksəkdir. Necə ki, xalq öz qəhrəmanını tez dəyişdi, Elçibəyi unudub Heydər Əliyevdən sarıldı. Xalq hələ indi-indi Elçibəyi sevməyə başlayır. İkinci bir Elçibəy də olmasın, Heydər Əliyev də. Xalqın birinci lideri olsun. Hansı ki, xalqının yanında həmişə lideri olaraq qalsın.

Hələlik…
 

 

Prinsiplər və həyat mübarizəsi

Insanları “Udan” və “Uduzan” deyə iki yerə ayırırlar. Bu ayırımı mən də qəbul edirəm. Insan həyatı boyunca nə edirsə, nə üçün çalışırsa nələrisə əldə etmək üçün edir. Fərq eləmir yaxşı bir şey ve ya pis bir şey. Hər nə olur olsun bu insanlar üçün doğrudur. Kimsə prezident olub, diktatorluq etmək istəyirsə, bunun üçün əlindən gələni edirsə, bu onun üçün doğrudur. Doğru bildiyi şeyi edir. Amma, bu “doğru”ların cəmiyyətə yansıması var. Hər hansı prezident diktatordursa cəmiyyət də onu dilinə gətirməsə belə, diktator kimi qəbul edir. Bunun bütünlüklə qəbul olunması isə zaman məsələsidir.
Uşaqlıqdan uduzmağı qəbul edə bilmirəm. Bununla bağlı bir neçə xatirəm var. Istədim çatdırım Sizlərin diqqətinə.
Kənddə yaşasam da şəhərdə məktəbdə oxumuşam. Kənddə ailəmin statusuna, mənim məktəbi yaxşı oxumağıma görə xüsusi diqqət olub mənə. Hamı xətrimi çox istərdi. Məktəbim isə şəhərdə (Naxçıvanda) ən yaxşı məktəblərdən sayılardı. Bir dəfə eşitdim ki, xalamın oğlu kənd məktəbində stolustu tennis üzrə birinci yerə çıxıb. Mən, dəqiq xatırlayıramsa, 5-ci sinifdə oxuyardım, xalaoğlum onuncu sinifdə. Dözəmmədim. Xalamoğlu isə həyətlərində kustar üsulda hazırladığı tennis stolunda öyrənirdi oynamağı. Xalamoğlundan xahiş etdim mənə də öyrətsin. Öyrətdi. Yaxşı da öyrənirdim. Tezliklə yaxşı oynamağa başladım. Oynamaq üçün xalamgilin həyətinə gələn kənd uşaqlarını udmağa başlamışdım. Növbəti çempionata qoşula bilməzdim. Kənd məktəbinin şagirdləri üçün idi. Atama yalvarırdım ki, məni də qoşsun çempionata. Nəsə, alınmadı. Çempionun bəlli olacağı gün getdim kənd məktəbinə. Xalaoğlum udmuşdu yenə. Hamının içində xalamoğlu ilə oynamağı istədim. Oynadıq və uduzdum. Amma, az xalla. Ordakılar hamısı dedilər ki, sən qoşulsa idin, ən azı 2-ci yerə çıxardın. Bu mənə bəs edirdi, amma 1-ci olmaq da var idi işin içində.
Kənddə Türkiyədə fəhləlik edərək pul toplayıb kəndə gələn qayıdan bir gənc mərkəzdə bilyard salonu açmışdı. Bacarmırdım, baş da qoşmurdum. Moskvada yaşayan qohumum yay tətili üçün kəndə gəlmişdi. Dedi gedək bilyard oynayaq. Getdik, oynaya bilmirdim, uddu məni. Utandım. Hətta bilyard stolunun örtüyünü də cırdığım üçün hamı gülmüşdü. Onda 7-8 sinifdə oxuyardım. Sonra bu qayıtdı getdi Moskvaya. Mən də şəhərdə dostlarımdan xahiş etdim ki, öyrənməyim üçün kömək etsinlər. Şəhərdə məktəbimin yanında böyük bilyard salonu var idi. Apardılar ora. Hər dərsdən çıxanda 1 saat orda vaxt keçirirdim. Öyrəndim. Növbəti dəfə qohumum kəndə gələndə mən özüm təklif elədim gedib bilyard oynamaği. Getdik və uddum. Özü də dəfələrlə. O hissləri yaşamaq qədər gözəl hisslər ola bilməz.
9-cu sinifin ikinci rübündə Bakıya köçdük. Yeni dostlar, yeni xarakterli gənclərlə tanış oldum. Əyalət təfəkkürü məndə o qədər də yox idi. Anamın təsiri çox olmuşdu. Həmişə ədəbiyyat oxumağa vadar edirdi məni. “Səfillər”i hələ 5 ya da 6-cı sinifdə oxumuşdum. Həmişə rəngli geyinməyimi istəyirdi anam. Çox vaxt eləmirdim. Balaca vaxtı mənə rəngli köynəklər alırdı.
Bakıda bir uşaq məktəbə maşınla gəlib-gedirdi. Bizim Naxçıvanda imkanımız yaxşı idi. Maşınımız həmişə var idi. Yenə, anamın məni böyütməyindən irəli gəlir bu, heç vaxt maşın, pul haqqında fikirləşməzdim. Amma, Bakıya gəldikdən sonar dəyişməyə başlamışdım. Sonralar ən yaxın dostum olan Vüqarın məktəbə maşınla gəlib-getməyi yox, maşını çox yaxşı idarə etməyine dözə bilmirdim. Lap uşaqlıqdan maşın sürməyə başladığından çox yaxşı bacarırdı. Bir dəfə birlikdə hazırlığa maşınla gedərkən təkid elədim ki, məni də öyrətsin. Maşın avtomat karobka olduğundan asan oldu ilk dəfədə. Sonralar hər gün davam etdi. Və öyrəndim. Vüqar qədər də olmasa, 10-cu sinif uşağının maşın sürmə qabiliyyəti hara qədərdirsə, bir o qədər də bacarırdım. Birinci kursda oxuyanda restorana getdik əmimgilnən. Universitetə yeni girmişdim. Əmim dedi ki, gəl maşını sür evə gedək. Atam qoymadı ki, bacarmır. Oturdum sürdüm. Evə gələndə atam çox heyrətlənmişdi ki, harda öyrənmişəm. Indi də çox yaxşı bacarıram.
Burda uduzmağı sevməməyimlə bağlı demək istədiyim odur ki, ən azı məktəbdə, məhəllədə, bizi tanıyanlar içində sürməklə bağlı Vüqarın adı çəkiləndə mənim də adım çəkilirdi. “Mən də “ruçnoy” darta bilirəm” demək mənim üçün böyük şey idi.

Ümumiyyətlə həyatda “udan” olmamışam. Ya da özümü belə inandırmışam. Məktəbin ən yaxşı iki şagirdi var idi. Ikimiz də eyni kənddən idik. 6-cı sinifdə Türk litseyinə imtahan verdik. O qəbul oldu, mən yox. Hamı dəhşətə gəlmişdi, niyə daxil ola bilmədim, imtahanı keçe bilmədim deyə. Uzun müddət bunun acısını çəkmişəm, indi də yadıma düşəndə pis oluram. Universitetə imtahan verəndə də belə bir şey oldu. Sınaq imtahanlarında 500-dən çox bal yığsamda, qəbul imtahanında az bal yığdım. Ağlama vərəqimə görə 520 bal yığmışdım. Təxminən 200 ballıq sürüşdürmə etmişdim.
Bir dəfə başıma çox pis hadisə gəldi. Mağazada (əmimin) oturduğum yerdə maşın mağazaya girib məni vurmuşdu. Sevindiyim tək şey var: əsas odur ki, “niqodnuyam”.
Indi de çox şeyə dözə bilmirəm. Yazmaq istəmirəm. Kiminsə xətrinə dəyə bilər. Amma, belədir. Mübarizəyə lap uşaqlıqdan başqa formalarda başlamışam. Həmişə prinsipial olmuşam. Indi də prinsipiallığımı itirməməyim üstündə qurmuşam. Bu mənim ölümümə səbəb ola bilər. Ideallarıma xəyanət etmək, prinsiplərimə sadiq qala bilməmək mənə ən ağır söyüş ola bilər. Prinsiplərinə sadiq qala bilməyən insanlar isə heç vaxt mənim ətrafımda ola bilməzlər.

Mübarizə və sən

Bizi mübarizəyə öz gündəlik həyatımız vadar edib. Gündəlik çəkdiyimiz əziyyət. Kiminsə bu rejimdən əziyyət çəkdiyini görəndə, biz, dəm-düşərgədən olan gənclər narahat oluruq. Hansı ki, o insan bunu qəbul etmir ki, çəkdiyi əziyyətin səbəbkarı rejimdir.
 

Bizə çox şey agahdır. Bəzi şeylər qalıb. Məsələn, bəzən çox komformist oluruq. N!da-nın doğum günü ilə bağlı üzvlərinin üzvolma seruvenləri haqda yazdıqlarına baxanda bir daha anladım. Üzv olmaq üçün dirəşən gənclərin arxasıyca gedilməyibmiş. (Deyirlər indi düzəlib.) Hər təşkilatın o formada problemləri olur. Məsələn, biz, bu il anket dolduran gənclərin bir çoxu ilə hələ görüşə bilməmişik. Təxminən, 40 nəfərə yaxın gənc anket doldurub yanvar ayında. 

Agah olmalı olan odur ki, indi biz bütün işlərimizi kənara qoyub bu işlərlə məşqul olmasaq, nə bu ölkə dəyişəcək, nə də bu xalq ayaqlanacaq. Nə də bu gün bizi tam mübarizədən kənar qoyan işin bizə hər hansı xeyri olacaq. Inanın, olmayacaq. Bu gün mən vaxt ayırıb yeni üzvlə görüşüb Komitə barədə, gördüyümüz, görmək istədiyimiz işlər barədə məlumat verə bilmirəmsə, ondan Komitə üçün bacara biləcəyi şeyləri öyrənə bilmirəmsə, o gənc kor-koranə üzv olacaqsa, bunun mübarizəyə qram da xeyri olmayacaq. O yeni gənc də görəcək ki, heç bir proseduraya riayət olunmur, heç bir iş, qaydasında olmalı ikən, başqa formada, komformistcəsinə görülürsə o da mənim kimi olacaq.

Gənclər, o gənclər ki, ayıq təbəqə hesab olunur, bu il üçün bütün işləri kənara qoyub mubarizəyə sarılmalıdır. Başqa formada mubarizə qəbul olunmur, alınmır, başa gəlinmir. Yarım-yamalaq iş görməklə heç bir şey əldə etmək olmaz. Ayıq təbəqənin içində yatan gənclərə ehtiyacı yoxdur Azərbaycan xalqının. Məsələn, dindirsən müxalifətçidir, amma heç bir qatqısı yoxdur ümumi işlərə. Yaxınlaşırsan, alov püskürür, amma addım atıb torpağı silkələyə bilməyən əjdahalara ehtiyacı yoxdur xalqın. Bu xalq o xalq deyil ki, yatan şirə bənzədilsin. Bu xalq elə “yatan” xalqdır. Onu oyada bilənlərə ehtiyacı var.

İP-in Demokratiyaya Yumşaq Keçidin Yol Xəritəsi

Demokratiyaya Yumşaq Keçidin  Yol Xəritəsi

 

   İctimai Palata Azərbaycanı inkişaf etmiş, müasir dövrün tələblərinə cavab verən, beynəlxalq ictimaiyyətin və öz vətəndaşların rəğbətini qazanmış dövlətlər sırasında görmək istəyir. Biz Azərbaycanda tez bir zamanda demokratik siyasi sistemin və  liberal iqtisadiyyatın yaranmasına, hüquqi dövlətin və  vətəndaş cəmiyyətinin  inkişafına nail olmaq ucun təxirəsalınmaz köklü islahatların aparılmasını  vacib sayırıq.  Bu məqsədlə    bütün mütərəqqi qüvvələri  bu Yol Xəritəsinin reallaşması üçün ciddi səylər göstərməyə çağırırıq.  Təklif olunan yol xəritəsi konkret bir dövr –  avtoritarizmdən demokratiyaya yumşaq keçid dövrü və bu keçidi təmin etmək üçün nəzərdə tutulur.   Keçid dövrü bir necə mərhələdən ibarətdir və ümumi müddəti təxminən 2  il çəkə bilər (növbəti prezident seçkilərinə qədər).

 

Birinci mərhələ: Demokratiyaya keçidin siyasi əsası yaradılır

 

1.   Hakimiyyətlə  İctimai Palata arasında geniş formada  siyasi dialoq başlanır və bütün məsələlər dialoq yolu ilə həll edilir.

2.  Siyasi konfrontasiya və siyasi repressiyalar kursundan imtina edilir. Ölkədə  islahatlar və milli birlik mühiti yaradılır. Bu məqsədlə:

2.1 Siyasi amnistiya verilir. Bütün vicdan və siyasi məhbuslar azad edilir, onların mülki və siyasi hüquqları bərpa edilir. Siyasi  mühacirətdə olan şəxslərin ölkəyə qayıtmasına təminat verilir.

2.2 Demokratik islahatlar kursunu dəstəkləmək və islahatlara ictimai etimad yaratmaq   məqsədi ilə rəsmi KİV-lərdə və  ilk növbədə  televiziya kanallarında geniş, şəffaf və İctimai Palatanın da iştirakını təmin edən diskussiyalar başlanır. İctimai Televiziya cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnu bərabərlik prinsipi əsas götürülməklə təmin edir.   Müxalifətin televiziya efir məkanına normal çıxışını təmin etmək üçün  xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi məsələsinə baxılır. 

2.3  Sərbəst toplaşma azadlığı problemi həll edilir. “Sərbəst toplaşma azadlığı haqqında” qanunda kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırılan və  xüsusi olaraq göstərilən yerlər istisna olmaqla digər yerlərdə kütləvi aksiyaların yalnız xəbərdar edilmə prinsipi ilə həyata keçirilməsi praktikası tətbiq edilir. Bakı şəhərində Azadlıq meydanı kütləvi aksiyalar keçirilməsi üçün açılır. 

2.4  Vicdan və dini ibadət azadlıqları və o cümlədən  hicab azadlığı  təmin edilir.

2.5.  Mətbuat və elektron KİV- lərə, o cümlədən İnternet sahəsində, təzyiqlərə və məhdudiyyətlərə son qoyulur. İnformasiya haqqında qanun liberallaşdırılır və diffamasiya haqqında qanun qəbul edilir.

2.6 QHT- lərin qeydiyyat məsələləri sadələşdirilir və onlara  geniş fəaliyyət azadlığı verilir.

2.7.  Qanunvericilikdə siyasi partiyaların normal fəaliyyətini təmin etmələri üçün dövlətin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli addımlar atılır. Siyasi partiyaların mərkəzi və yerli orqanları üçün ofislərin ayrılması məsələsi həll edilir. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi problemi qanunvericilikdə təsbit edilir və həyata keçirilir.

2.8. İnsanların mülkiyyət hüququnun qorunması dövlət tərəfindən birmənalı təmin edilir.

2.9. Hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranlarının və digər zəruri  hesab olunan şəxslərin iştirakı ilə   Qarabağ qurultayı keçirilir və bu məsələdə ümumi milli mövqe  nümayiş etdirilir. 

2.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər qüvvədə qalır.

 

İkinci mərhələ: Demokratiyaya keçidin hüquqi və təşkilati əsasları yaradılır.

 

3. Azərbaycan Respublikası Prezidenti yanında Demokratik  İslahatlar Şurası (DİŞ)  yaradılır. DİŞ  haqqında qanun  qəbul edilir. 

3.1 DİŞ  rəsmi hakimiyyət və vətəndaş hərəkatını  təmsil edən İctimai Palatanın  təqdim etdikləri namizədlərdən ibarət  formalaşdırılır. DİŞ–da siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislər təmsil olunur.

3.2 DİŞ  ictimai əsaslarla, aşkarlıq və hesabatlılıq şəraitində, müəyyən edilmiş müddət ərzində  fəaliyyət göstərir. DİŞ   ölkədə köklü islahatların  hazırlanmasını və həyata keçirilməsini təmin edir.

4. Konstitusiya islahatları sahəsində:

4.1. Yeni Konstitusiya qəbul edilənə qədər keçid dövrü  islahatlarının hüquqi bazasınının təmin edilməsi  mövcud Konstitusiyaya əlavə və dəyişikliklər vasitəsi ilə edilir.

4.2. Ali hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional – majoritar (qarışıq) seçki sistemi əsasında formalaşdırılması qaydası Konstitusiyada təsbit edilir.

4.3. Hakimiyyətin bölünməsi prinsipinə tam nail olmaq  məqsədi ilə Nazirlər Kabinetinin və Milli Məclisin  səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılır.

4.5. Müstəqil məhkəmə sisteminin formalaşdırılması üçün  hakimlər korpusunun seçilməsi və fəaliyyət prinsipləri ilə bağlı  qanunvericilikdə müvafiq dəyişiklər edilir.

4.6. Hakimiyyət orqanlarında rəhbər vəzifələrə eyni bir şəxsin seçilməyə,  vəzifədə olma təkrarlılığına və  müddətlərinə məhdudiyyət qoyulması prinsipi və əvəzlənmə proseduraları Konstitusiyada təsbit edilir.

4.7. Təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin edilməsi məqsədi ilə müvafiq hakimiyyət strukturlarının Milli Məclisə hesabatlılığı qaydası təsbit edilir.

5. Seçki qanunvericiliyi sahəsində: 

5.1. Seçkili ali hakimiyyət və yerli özünüidarə orqanlarının çoxpartiyalı,  qarışıq ( majoritar -50% və proporsional – 50%;  ) seçki sistemi əsasında formalaşdırılması tətbiq edilir.  Milli Məclisin say tərkibinin genişləndiirilməsi məsələsinə baxılır.    

5.2 Seçki Məcəlləsinin demokratikləşməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının,  siyasi müxalifətin və beynəlxalq təşkilatların  təklif və tövsiyələrini nəzərə alan dəyişikliklər edilir.  Seçki komissiyaları hakimiyyət və müxalifətin paritet  əsasda təqdim etdikləri  namizədlərdən formalaşdırılır. 

5.3 Qanunvericilikdə iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qaydası təsbit olunur.

6. Sosial-iqtisadi sahədə:

6.1.   İqtisadi – maliyyə amnistiyası verilməsi məsələsinə baxılır. Leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına tam təminat verilir.

6.2. İqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Orta və xırda biznes üzrə ombudsman institutu yaradılır.

6.3. Sosial dövlət konsepsiyası hazırlanır və tədricən həyata keçirilir.

6.4. Maaş, pensiya və  sosial ödənişlərin minimum hədləri və ya baza hissələri dərhal iki dəfə artırılır.  

6.5. Əhalinin SSRİ dövrü əmanətləri   qaytarılmağa başlanır.

6.6. Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsi təmin edilir. Neft gəlirlərindən şəffaf ,ədalətli və səmərəli istifadə olunur. Neft Fondunun Müşahidə Şurasının tərkibi dəyişir. Ora tanınmış insanlar,vətəndaş cəmiyyətinin nümayəndələri daxil olunur.Bu sahədə hökumət hesabatlılığı təmin olunur.

6.7. Ana və uşaqların sosial (pensiya, müavinət və s.) imtiyazları  bərpa edilir.

6.8. Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil sisteminin ləğv edilməsi məsələsinə baxılır. Ödənişli təhsil sistemi saxlandığı müddətdə təhsil haqlarının artırılmasına yol verilmir.

6.9. Silahlı qüvvələrdə xidmət müddəti peşəkar xidmət hərbi qulluqçularının sayının artırılması hesabına həqiqi hərbi  xidmət müddəti tədricən 15, 12 daha sonra 9 aya qədər azaldılır. Bütün ali təhsil pillələri üzrə hərbi xidmətə möhlət hüququ tətbiq edilir.  

7. Korrupsiyaya və monopoliyalara qarşı mübarizə sahəsində: 

7.1 Korrupsiyaya qarşı Dövlət  komissiyası DİS- in formalaşdırılması prinsipi ilə yenidən təşkil edilir.   

7.2.  Adı ciddi korrupsiya iddialarında hallandırılan məmurlar vəzifədən uzaqlaşdırılır,  barələrində təhqiqat başlanır və təhqiqat başa çatana qədər onların Ali  dövlət hakimiyyəti orqanlarında rəhbər vəzifələr tutmalarına yol verilmir.

7.3.  Məmurların və onların yaxın qohumlarının əmlaklarının, kapitalının və gəlirlərinin bəyan edilməsi qaydası tətbiq edilir

7.4. İctimai vəsaitlər (neft pulu,büdcə,beynəlxalq kreditlər) hesabına reallaşdırılan layihələrin monitorinqi aparılır

7.5. Mətbuatın və İctimai Palatanın təmsilçiliyi əsasında müstəqil antimonopoliya komissiyası yaradılır və şəffaf şəkildə fəaliyyət göstərir.

7.6. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil edilməsi prosesi sürətləndirilir.

 

Ücüncü mərhələ:  legitim  hakimiyyət formalaşdırılır və demokratiyaya keçid dövrü başa çatır

 

8. Növbəti prezident seçkilərinə qədər  Milli Məclisə   növbədənkənar   seçkilər   keçirilir.

9.  Bələdiyyələr və bələdiyyə başçılarının növbədənkənar seçkiləri keçirilir.

10. Növbəti prezident seçkiləri keçirilir.

11. Yeni Konstitusiya qəbul edilir.  Yeni Konstitusiya layihəsinin hazırlanması və müzakirəsi çərçivəsində Prezident respublikasından parlament  respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılır.

 

Dolma, Məclis!

Milli Məclis qərar verir, qaşığıma çəngəlimə
Imkan verin mən söz deyim öz əngəlimə
Utanacaq əllə yemək yeyənlər
Öyrədəcək İlham bizə əməllər

Ne edək ki, dolmamıza sahib çıxır erməni
Serj də deyir bezdirməyin siz məni
Oktay müəllim esebleshir, soz deyir
Fərəc durur, Fəzailə sus! deyir

Milli Məclis olub başdan tamaşa
Mən də deyim, siz də deyin lap başa
Söz açılır İlham kimi yekədən
Yeke dedim burnu geldi yaddasha

Ramiz adlı akademik, boss-kardinal var hələ
O da arxalanır olmuş, daşdan heykələ
Neynəyək ki, biz bunlara urcahıq
Onlar bilir, biz bilirk, var hele.

Bizlər nəyik, kimik, quluq mu
Onlar verir qərar, culuq mu?
İlham yekə, Ramiz yekə, buyuq mu?
Onlar bilir, biz bilirik kim onlar

Təhsilsiz İqtisadiyyat.

Image
Təhsil iqtisadi duruma təsir edən ən mühüm amillər sırasındadır. Çağdaş iqtisadiyyatda insan kapitalına qoyulan xərclər ən yüksək gəlirli investisiya hesab olunur.

Əksər zamanlarda və ölkələrdə, xüsusən də postsovet tranzitiv ölkələrdə milli iqtisadiyyatların inkişafını şərtləndirən iki əsas amillərdən biri, bəzən də birincisi kimi təhsilin sisteminin səmərəliliyi, təhsilin keyfiyyəti və kütləvilik səviyyəsi qeyd edilir.
  ABŞ dövlətinin ilk illərindı təhsilə diqqəti heç zaman zəiflətməməmiş, müntəzəm olaraq təhsildə islahatlar keçirmişdir. ABŞ, keçən əsrin sonlarından başlayan Yaponiya təhsil sisteminin üstünlüyünün aşkar edilməsi ilə böyük həyacan yaşamaqda idi, hələ də davam edir. Yaponiyanın digər ölkələrdən uzunmüddətli üstünlüyü yalnız idarəetmə sistemində və malların yüksək keyfiyyətində deyil, həm də onların oxumaq bacarığı və istəyindəndir. Yaponiya iqtisadi uğurlarının əksər izahları əmanət normalarının yüksəkliyi, ömürlük işə götürmə, dövlətlə özəl sektorun münasibətləri və hamkarlar ittifaqlarının fəaliyyəti ilə məhdudlaşmır. Bunlar, əlbəttə, vacidbir, əsas səbəb yaponların hər şeydən üstün saydıqları təhsilə olan kəsilməz və yaxşı təşkil olunmuş hərislikləridir.

  Azərbaycanın təhsil bəlalarının kökü müstəmləkə dövrlərinə gedib çıxır. 1916-cı ildə M.Ə. Rəsulzadənin təşəbbüsü ilə Azərbaycanda milli məktəblərinin açılması təklifi ilə çar canişininə müraciətnamə qəbul edilməsi qərara alınır. H.Z. Tağıyevin də qatıldığı bu tədbir nəticəsində çar II Nikolaya təqdim olunan son sənədə 3 təklif daxil edilir: 1) milli məktəblərin açılması; 2) məhkəmələrdə dilmancların iştirakı; 3) bələdiyyələrdə Qafqaz türklərinin maraqlarını ifadə edən<<qlasnıların>> iştirakı. Bu ərəfədə Azərbaycanı bürümüş xalq hərəkatlarının təzyiqindən çəkinən monarx üsul-idarəsi son iki təklifin qəbulu zorunda qalsalar da, birinci təklifi rədd edə bildilər.

 Vicdan və ədalət naminə deyim ki, sovet dövründə ümumi <<likbez>>(savadsızlığın ləğvi) dalğasında Azərbaycanda yüksək keyfiyyətli təhsil sistemi bərqərar oldu. <<Likbez>> dövründə vətəndaş və dünya müharibələrində valideynini itirib yiyəsiz qalmış minlərlə uşaqlar zorla təhsilə cəlb olundular. Bu da öz nətisəini verdi-sonralar bunların içindən çoxlu alimlər, elm, ədəbiyyat adamları və s. yetişdi. Bu gün şəxsən rastlaşdığım atalı-analı istedadlı və ya yox, uşaqların təhsildən kənarda qalmasına heç nə bəraət qazandıra bilməz. Əslində uşaqlar təhsildən kütləvi kənarda deyillər. Azərbaycan xalqına lazım olan savaddan kənarda qalıblar. O ölkənin iqtisadiyyatı güclü olar ki, orda yüksək keyfiyyətli təhsil sistemi olsun. 

Maaşlarımız və milyonlarımız!

Image
İctimai Təşəbbüslər Mərkəzi 2012-ci ildə ayrı-ayrı idarəetmə orqanları üzrə ümumi xərclərdən əmək ödənişlərinə ayrılan vəsaitlərə dair maraqlı siyahı təqdim edib.
Bu barədə mərkəzin rəhbəri Qubad İbadoğlu açıqlama verib.

Siyahıda göstərilir ki, Milli Məclisin əmək ödənişi xərcləri 12,5 milyon manat (bütün xərclərin 70 faizini) təşkil edir. Bundan əlavə, Prezident Administrasiyasının əmək haqqı xərcləri 29,6 milyon manat (bütün xərclərin 55,6 faizi), mərkəzi hakimiyyəti təmsil edən nazirlik, komitə, agentlik və xidmətləri üzrə əmək ödənişi xərcləri- 98,2 milyon manat (bütün xərclərin 61 faizi), rayon və şəhər icra hakimiyyəti orqanları üzrə əmək ödənişi xərcləri 40,9 milyon manatdır (bütün xərclərin 67 faizi).

Dövlət qulluqçularının əmək haqqının hazırda qüvvədə olan məbləği ölkə prezidentinin 9 iyul 2008-ci il tarixli sərəncamı ilə müəyyənləşdirilib. Sərəncama əsasən, dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 175 manat, yardımçı vəzifələr üçün 120 manat təşkil edir. Bəzi qulluqçu vəzifələri üzrə maaşların məbləği aşağıdakı kimidir:

Prezident Administrasiyasının rəhbəri – 1900 manat;

Dövlət müşaviri – 1660 manat;

Prezidentin İşlər müdiri – 1550 manat;

Prezident Katibliyinin rəisi, Prezident Administrasiyasının şöbə müdiri, prezidentin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi – 1500 manat;

Prezidentin İşlər İdarəsində baş məsləhətçi – 980 manat;

Prezident Administrasiyasında böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) – 450 manat;

Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatası Aparatının rəhbəri – 1550 manat;

Milli Məclisin işlər müdirinin müavini – 900 manat;

Mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbəri, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru – 900 manat;

Nazirliklərin, dövlət komitələrinin aparat rəhbəri – 800 manat;

Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatasının Aparatında baş məsləhətçi – 745 manat;

Nazirliklərin və dövlət komitələrinin aparatlarının şöbə müdirləri – 692 manat;

Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçılarının müavinləri – 665 manat;

Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçılarının müavinləri – 590 manat;

Əhalisi 50 min nəfərdən az olan rayonların icra hakimiyyəti başçılarının müavinləri- 515 manat;

Rayon tabeliyindəki şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri- 195 manat;

Qəsəbə və kəndlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri- 192 manat.

Vəzifə maaşlarından savayı, qüvvədə olan qanunvericilik dövlət qulluqçularına müxtəlif əlavələrin verilməsini nəzərdə tutur. Həmin əlavələrə daxildir: “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanuna əsasən, dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir.

Ölkə prezidentinin 28 yanvar 2002-ci il, 665 saylı fərmanına əsasən, məmurlara qulluq stajına görə əlavələr verilir. Belə ki, 1 ildən-5 ilədək stajı olanlara aylıq vəzifə maaşının 5 faizi, 5 ildən-10 ilədək olduqda 10 faizi, 10 ildən-15 ilədək olduqda 20 faizi, 15 ildən yuxarı olduqda isə 30 faizi həcmində qulluq stajına görə əlavələrə tətbiq olunur.

Ölkə prezidentinin 3 sentyabr 2001-ci il, 569 saylı fərmanına əsasən, məmurlara ixtisas dərəcələrinə görə əlavələr verilir. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçularına hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:

1. Həqiqi dövlət müşaviri – 65 manat;

2. 1-ci dərəcə dövlət müşaviri – 60 manat;

3. 2-ci dərəcə dövlət müşaviri – 58 manat;

4. 3-cü dərəcə dövlət müşaviri – 56 manat;

5. Dövlət qulluğunun baş müşaviri – 46 manat;

6. Dövlət qulluğunun müşaviri – 44 manat;

7. Dövlət qulluğunun kiçik müşaviri – 42 manat;

8. 1-ci dərəcə dövlət qulluqçusu – 38 manat;

9. 2-ci dərəcə dövlət qulluqçusu – 34 manat;

10. 3-cü dərəcə dövlət qulluqçusu – 30 manat;

11. Kiçik dövlət qulluqçusu – 26 manat;

12. Dövlət qulluğunun baş referenti – 22 manat;

13. Dövlət qulluğunun böyük referenti – 18 manat;

14. Dövlət qulluğunun 1-ci dərəcə referenti – 16 manat;

15. Dövlət qulluğunun 2-ci dərəcə referenti – 14 manat;

16. Dövlət qulluğunun 3-cü dərəcə referenti – 12 manat;

17. Dövlət qulluğunun kiçik referenti – 10 manat.

Millət vəkillərinə aylıq vəzifə maaşları “Milli Məclis deputatının statusu haqqında” qanuna əsasən müəyyən edilir. Hazırda deputatların əmək haqqı aşağıdakı kimidir:

Milli Məclisin sədri – 1950 manat;

Milli Məclis sədrinin birinci müavini – 1755 manat;

Milli Məclis sədrinin müavini – 1657,5 manat;

Milli Məclisin komitə və komissiya sədri – 1560 manat;

Milli Məclisin komissiya sədrinin müavini -1462,5 manat;

Milli Məclisin deputatı – 1360 manat.

Aylıq vəzifə maaşlarından savayı, millət vəkillərinə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ödənilir.
Səhv eləmirəmsə, Teleqraf.az.

#Parlamentburaxilsin

Image
Satılmadıqlarını iddia edən “muxalif”ətçilər üçün əla şans yaranıb, vicdanlı olduqlarını göstərmək üçün.
Iqbal Ağazadədən tutmuş Asim Mollazadəyə kimi hamısı deputatlıqdan imtina etməlidirlər, gülərəhmədovakimilər hesabına dolan parlamentdən. Əgər qram da olsa, vicdan və ləyaqətləri qalıbsa imtina etməlidirlər. Orda olub da heç bir işə yaramırsız, zatən. Adicə Zaurun yerini öyrənmək üçün heç bir kömək edə bilməyəcək qədər deputat deyilsizsə gedin kənddə mal otarın, qoyun otarın. Siyavuşnovruzovkimilər üçün deyilsə parlament, sizin üçün heç deyil. Xalqda inamın itirilməsində az rolunuz olmayıb.
Danışanda sinənizi qabağa verərək öyünə-öyünə “satılmamışıq” “bizə səs veriblər” “özümüz seçilmişik” deməyi bacarırsızsa, sizinlə hansısa, xalq üçün əhəmiyyətli qərarın verilməsində bir şərəfsiz iştirak edirsə, deməli elə siz, SATILMISIZ! sizi gülərkimilər ALIB! sizi xalq yox, gülərkimilər SEÇİB! siz də, ya hansısa miqdarda pul vermisiz, ya da qramlarla ölçülə biləcək VİCDAN VƏ LƏYAQƏTİNİZİ satmısız.  Bütün “muxalif”ətçi liderlərə aiddir.
Bu məsələlər belədir. Hakimiyyət, öz şər aparatında geninə-boluna istifadə edib, muxalifətə ləkələr atırdı. Axırda, öz şər oyunlarına, öz adamlarının əli ilə düşdülər. Elşad Abdullayev də digərlərindən fərqli ləyaqətə sahib deyil, o, da rejimin bir parçası olmuş, qul olmuş yüzlərlə “adamdan” biridir. Çox ciddi faktla qarşı-qarşı qoydu bu rejimi.
Bütün bu olan bitənlərdən maksimum istifadə edib, prossesi tezləşdirmək üçün #parlamentburaxilsin kampaniyası başlayıb. Biz haqlıyıq! Biz rüşvətlə, banditliklə, satınalmalarla formalaşan parlament istəmirik.
Heç kim bu yazıya görə inciməsin. #PARLAMENTBURAXİLSİN

Milsiz Məclisimiz

Image
“Deputat olmaq istəyən o qədər adam var ki”
“Mən səni deputatlar siyahısına əlavə etmişəm” 
 Bu iki cümlə, deputat, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülər Əhmədova ilə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Üniversitetinin rektoru hazırda Fransada siyasi muhacirətdə olan Elşad Abdullayev arasında olan dialoqdan iki cümlədir. Seçkilərin saxtalaşdırılmasından danışmıram heç. Hələ deputat seçilmək üçün Prezident Aparatının “qərarı” ilə ayrı-ayrı şəxslərdən əvvəlcədən müəyyənləşdirilmiş miqdarda summalar alınırmış. 
  Bir neçə gün əvvəl KİV-lərdə Elşən Abdullayevin Gülər Əhmədovanın, deputat seçilmək üçün onda 2 milyon manat aldığı barədə bəyanatə dərc olunmuşdu. O həmçinin deyirdi ki,  Azərbaycan Respublikasının Prorkurorluğunun və adı gedənin reaksiyası, təsdiqi olmadığı təqdirdə video tədqim edəcək. Belə də olsu. 
  Orda, videoda dialqo əsnasında diqqətimi çəkən bir cümlə də var. Orda, Gülər Ə. deyir ki, “Nə Ramiz müəllim, özüm alıram…   Mənim gücümü gördün… Mən Gülər Əhmədovayam”. İndi mən də əminliklə deyirəm ki, bu sözləri Ramiz Mehdiyev eşidən kimi adıgedən deputatın başına olmazın oyununu gətirəcək. Bu qədər qudurğanlıq olar?! Utanmazlığın bu həddini dünya yaşamayıb. “Əvvəl qiymət başqa idi deyir, 500min(beş yüz min) idi, indi dəyişib”. Dəhşətdir! Guya o pulu verənlər o pulları hardan qazanmışdılar ki?! Azərbaycanda o qədər pulu deputat olmaq çün verə biləcək qədər imkanı olan birinə hakim ailənin təsdiqi olmadan sahib olmaq mümkün deyil. Bir tərəfdən monopoliyalarında şərait yaradıb, pul qazanmalarını təmin ediblər, digər tərəfdən isə bu cür yollarla əllərindən alırlar. Bir daha təsdiq olun ki, rüşvətin həddi yoxdur, təsəvüvr edə bilməyəcəyimiz qədər. 125 “deputat”dan bu qədər miqdarda pullar yığmaqla gör nələrə sahib olub, xalqı nə səviyyəyə gətiriblər, yaramazlar. 
 P.S Görəsiz “muxalif”ətçilər nə qədər pul verib? Ən maraqlı olan budur mənə hal-hazırda. Görən Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Qəzənfəroğlu, Sabir Rüstəmxanlı, İqbal Ağazadə və s. nə qədər pul verib? Axı onların bu qədər pulu olmamalıdır.
Bu da Video.
http://www.youtube.com/watch?v=DWLm2q1URLs&feature=player_embedded#!

Şanlı CimBom tarixi

Image

1) En eski geçmişe sahip futbol takımı ve Türkiye’nin ilk kurulan futbol takımı (1905)
2) Herhangi bir lige kabul edilen ilk Türk takımı
3) Türkiye’nin ilk futbol hakemi
4) İlk Lig maçı oynayan Türk takımı
5) İlk Özel maç oynayan Türk takımı
6) Ligde İlk golü atan Türk takımı
7) Ligde İlk galibiyeti alan Türk takımı
8) İlk İst. şampiyonu olan Türk takımı
9) İst.Liginde Üç sene üstüste şampiyon olan ilk takım
10) Yenilgisiz,Berabere kalmadan,Gol Yemeden, tüm maçlarını kazanıp Şampiyon olan İLK ve TEK Türk Takımı
11) İlk Antrenör çalıştıran Türk takımı
12) İlk Kupa kazanan Türk takımı (Şampiyonluk Kupası hariç)
13) Yurtdışında maç yapan ilk takım
14) İlk Yurtdışı galibiyeti
15) İlk Yurtdışına Transfer olan Türk Oyuncu
16) Türkiye’de ilk futbol derneği kurucusu ve başkanı
17) Türkiye’ye Yurtdışından gelen ilk Antrenör
18) Türkiye’de futbolu bilimsel olarak kuralları ve diğer ayrıntılarıyla anlatan ilk kitap
Futbolun Kitabın – Ali Sami YEN (29 Haziran 1927)
19) M.Kemal ATATÜRK yaşarken, adına düzenlenen kupayı alan TEK takım
20) İstanbul Kupası’nı ilk kazanan takım (1940-41)
21) İlk futbol menajerliği (1961)
22) İstanbul Kupası’nı 2 kez üstüste kazanan tek takım
23) Tarihinde Fenerbahçe, Beşiktaş ve Trabzonspor arasında en farklı galibiyet alan takım
24) Tarihinde Fenerbahçe, Beşiktaş ve Trabzonspor arasında bir maçta en çok gol
25) Şampiyon Kulüpler Kupası’na ilk katılan takım (1956-57)
26) Şampiyon Kulüpler Kupası’na üç sene üstüste katılan ilk takım
27) Şampiyon Kulüpler Kupası’nda ilk golü atan takım
28) Şampiyon Kulüpler Kupası’nda ilk galibiyet alan takım
29) Şampiyon Kulüpler Kupası’nda ilk 3.tur oynayan takım (1962-63)
30) Şampiyon Kulüpler Kupası’nda ilk YARI FİNAL oynayan takım (1988-89)
31) Şampiyon Kulüpler Kupası’nda en çok maç yapan takım (35 maç)
32) Şampiyon Kulüpler Kupası’nda en çok galibiyet alan takım (26 galibiyet)
33) Şampiyon Kulüpler Kupası’nda en çok golü atan takım (87 gol)
34) Şampiyon Kulüpler Kupası’nda en çok tur atlayan takım (8 tur)
35) Şampiyon Kulüpler Kupası’nda evinde en farklı galibiyet (Türk Takımları arasında)
36) Şampiyonlar Ligine ilk katılan takım (1993-94)
37) Şampiyonlar Liginde ilk puan alan takım (1993-94)
38) Şampiyonlar Liginde ilk golü atan takım (1993-94)
39) Şampiyonlar Liginde en çok gol atan futbolcu
40) Şampiyonlar Ligine Ön Eleme oynamadan katılan İLK TAKIM (2002-03)
41) Şampiyonlar Ligi Ön Eleme maçlarında ilk galibiyet alan takım (1993-94)
42) Şampiyonlar Ligi Ön Eleme maçlarında en çok maç yapan takım (18 maç)
43) Şampiyonlar Ligi Ön Eleme maçlarında en çok galibiyet alan takım (14 galibiyet)
44) Şampiyonlar Ligi Ön Eleme maçlarında en çok golü atan takım (45 gol)
45) Şampiyonlar Ligi Ön Eleme maçlarında en çok tur atlayan takım (9 tur)
46) Şampiyonlar Liginde grup maçlarında ilk golü atan takım (1993-94)
47) Şampiyonlar Liginde grup maçlarında ilk galibiyet alan takım (1994-95)
48) Şampiyonlar Ligi’ne en çok katılan takım
49) Şampiyonlar Ligi’nde en çok maç yapan takım (59 maç)
50) Bir sezonda 19 Avrupa Kupası maçı
51) Bir sezonda EN çok maç yapan
52) Şampiyonlar Ligi’nden gelip UEFA Kupası kazanan TEK takım
53) Şampiyonlar Ligi’nde deplasmanda en çok kazanan takım (2 kez)
54) Şampiyonlar Ligi’nde en çok galibiyet alan takım (16 galibiyet)
55) Şampiyonlar Ligi’nde en çok golü atan takım (58 gol)
56) Şampiyonlar Liginde en çok puan alan takım (64 puan)
57) Şampiyonlar Ligi İLK TUR grubunda en çok puan alan takım (10 puan) (2001-02)
58) Şampiyonlar Ligi İKİNCİ TUR grubunda en çok puan alan takım (10 puan)
59) Şampiyonlar Liginde üst tura çıkan ilk takım (2000-01)
60) Şampiyonlar Liginde ilk 8’e kalan ilk takım
61) Şampiyonlar Liginde ÇEYREK FİNAL oynayan ilk takım
62) Şampiyonlar Liginde Evinde en fazla galibiyet serisi (7 maç)
63) Şampiyonlar Liginde en çok forma giyen oyuncular sıralamasında ilk 3 sıra
64) Şampiyonlar Liginde bir toplam sezonda en çok puan (Türk takımları arasında)
65) Şampiyonlar Liginde bir toplam sezonda en çok gol (Türk takımları arasında)
66) Şampiyonlar Liginde bir toplam sezonda en çok galibiyet (Türk takımları arasında)
67) Şampiyonlar Liginde bir toplam sezonda en çok maç (Türk takımları arasında)
68) Şampiyonlar Liginde Evinde yenilmezlik (16 maç)
69) Kupa Galipleri Kupası’nda en çok maç yapan takım (32 maç)
70) Kupa Galipleri Kupası’nda en çok galibiyet alan takım (12 galibiyet)
71) Kupa Galipleri Kupası’nda en çok golü atan takım (42 gol)
72) Kupa Galipleri Kupası’nda en çok tur atlayan takım (7 tur)
73) Kupa Galipleri Kupası’nda üç sene üstüste katılan ilk takım
74) UEFA Kupası’nda YARI FİNAL oynayan ilk takım
75) UEFA Kupası’nda FİNAL oynayan ilk takım
76) UEFA Kupası’nda ŞAMPİYON olan ilk takım (1999-00)
77) UEFA Kupası’nı YENİLGİSİZ kazanan ilk ŞAMPİYON (1999-00)
78) UEFA Kupası’nda ilk Gol Kralı (Türk takımları arasında)
79) UEFA Kupası’nda en çok tur atlayan takım (8 tur)
80) İlk kez SuperCup oynayan takım (Türk takımları arasında) (1999-00)
81) İlk kez SuperCup kazanan takım (Türk takımları arasında) (1999-00)
82) SuperCup’ta ilk maç yapan takım (Türk takımları arasında) (1999-00)
83) SuperCup’ta ilk galibiyet alan takım (Türk takımları arasında) (1999-00)
84) SuperCup’ta ilk golü atan takım (Türk takımları arasında) (1999-00)
85) SuperCup’ta en çok maç yapan takım (Türk takımları arasında) (1 maç)
86) SuperCup’ta en çok galibiyet alan takım (Türk takımları arasında) (1 galibiyet)
87) SuperCup’ta en çok golü atan takım (Türk takımları arasında) (2 gol)
88) SuperCup finalinde Man of the Match seçilen TEK Türk futbolcu (Okan BURUK)
89) Dünya Kıtalararası Kulüpler Kupası’na çağrılan ilk takım (1999-00)
90) Avrupa en çok maç yapan takım (175 maç)
91) Avrupada en çok gol atan takım (224 gol)
92) Avrupada en çok galibiyet alan takım (65 galibiyet)
93) Avrupa en çok tur atlayan takım (33 tur)
94) Türkiye’de Avrupa kupası kazanan ilk takım
95) Türkiye’de Avrupa kupası kazanan tek takım
96) Türkiye’de en çok Avrupa kupası kazanan takım
97) UEFA Kupasını 5 Avrupa Ülkesinin Tekelinden Çıkarmayı Başaran İlk Takım
(İngiltere,İtalya,Almanya,Fransa,İspanya)
98) Avrupada bir sezonda en çok maç yapan takım
99) Avrupada bir sezonda en çok gol atan takım (35 gol 1999-00)
100) Avrupada bir sezonda en çok puan alan takım
101) Avrupada bir sezonda en çok galibiyet alan takım (11 galibiyet 1999-00)
102) Avrupada bir sezonda en çok maç yapan takım (18 maç 1999-00)
103) Avrupa Kupalarında elemeli bir turda atılan en çok gol (Türk takımları arasında)
104) Avrupa Kupalarında deplasmanda atılan en çok gol (Türk takımları arasında)
105) Avrupa Kupalarında en çok, 4 ve üstü gol atan takım (Türk takımları arasında)
106) Avrupa Kupalarında iç sahada yenilip, turu deplasmanda geçen TEK takım
107) Avrupa Kupalarında dış sahada 3 farklı yenilip, turu geçen TEK takım
108) Avrupa Kupalarında üst turlarda atılan en çok gol (Türk takımları arasında) (Inter-toto hariç)
109) Avrupa Kupalarında ilk bir Romanya takımını yenen takım (Inter-toto hariç)
110) Avrupa Kupalarında ilk bir Romanya takımını eleyen takım (Inter-toto hariç)
111) Avrupa Kupalarında ilk bir Polonya takımını eleyen takım (Inter-toto hariç)
112) Avrupa Kupalarında ilk bir Isviçre takımını yenen takım (Inter-toto hariç)
113) Avrupa Kupalarında ilk bir İsviçre takımını eleyen takım (Inter-toto hariç)
114) Avrupa Kupalarında ilk bir Çekoslovak takımını eleyen takım (Inter-toto hariç)
115) Avrupa Kupalarında ilk bir İsveç takımını eleyen takım (Inter-toto hariç)
116) Avrupa Kupalarında ilk bir Avusturya takımını eleyen takım (Inter-toto hariç)
117) Avrupa Kupalarında ilk bir İtalyan takımını eleyen (Inter-toto hariç)
118) Elediği takım sayısı, elendiği takım sayısında fazla TEK takım
119) Dış saha galibiyetleri, iç saha mağlubiyetlerinden fazla TEK takım
120) Avrupa Şampiyonunu yenen TEK takım (1987-88 PSV.Eindhoven)
121) Avrupa’da en çok hat-trick yapan (5 kere)
122) UEFA Kupasında en çok İtalyan yenen takım (2 kere)
123) Şampiyonlar Ligi’nde en çok İtalyan yenen takım (3 kere)
124) Avrupa Kupalarında en çok İtalyan yenen takım (5 kere)
125) Şampiyonlar Ligi’nde İtalyanlara gol atan ilk takım
126) Şampiyonlar Ligi’nde İtalyanlardan puan alan ilk takım
127) Şampiyonlar Ligi’nde İtalyanları yenen ilk takım
128) Şampiyonlar Ligi’nde İtalyanlara deplasmanda gol atan ilk takım
129) Şampiyonlar Ligi’nde İtalyanlardan deplasmanda puan alan ilk takım
130) Milan’ı yenen ilk takım
131) Milan’ı 2 kere yenen ilk takım
132) SanSiro’dan puan alan TEK takım
133) Avrupa Kupalarında Ruslara gol atan ilk takım
134) Şampiyonlar Ligi’nde Rusları yenen ilk takım
135) Şampiyonlar Ligi’nde Ruslardan deplasmanda puan alan ilk takım
136) Şampiyonlar Ligi’nde Rusları deplasmanda yenen ilk takım
137) Almanlara gol atan ilk takım
138) Avrupa Kupalarında ilk bir Alman takımını eleyen (Inter-toto hariç)
139) UEFA Kupasında ilk bir Alman takımını deplasmanda yenen takım (Inter-toto hariç)
140) Avrupa Kupalarında ilk bir Alman takımını deplasmanda yenen takım (Inter-toto hariç)
141) Şampiyonlar Ligi’nde Almanlardan puan alan ilk takım
142) Şampiyonlar Ligi’nde Almanları yenen ilk takım
143) Şampiyonlar Ligi’nde Almanları deplasmanda yenen ilk takım
144) Borussia Dortmund’u yenen ilk takım
145) Aynı sezon 2 Alman yenen ilk takım
146) En çok Alman yenen takım (5 kere)
147) Avrupa Kupalarında ilk bir İspanyol takımını deplasmanda yenen takım (Inter-toto hariç)
148) UEFA Kupasında ilk bir İspanyol takımını deplasmanda yenen takım (Inter-toto hariç)
149) Şampiyonlar Ligi’nde İspanyollardan puan alan ilk takım
150) Şampiyonlar Ligi’nde İspanyolları yenen ilk takım
151) Şampiyonlar Ligi’nde Barcelona’yı yenen ilk takım
152) Real Madrid’i yenen ilk takım
153) Şampiyonlar Ligi’nde Real Madrid’i yenen ilk takım
154) Real Madrid’i üstüste yenen ilk takım
155) Real Madrid’i en çok yenen takım (2 kere)
156) Nou Camp’tan puan alan ilk ve tek takım
157) En çok İspanyol yenen takım (7 kere)
158) İspanyolların 2 ünlü takımı yenen ilk ve tek takım
159) Avrupa’nın 2 ünlü takımı eleyen ilk ve tek takım
160) Bir sezonda 2 İngiliz takımını eleyen ilk ve tek takım
161) Avrupa Kupalarında Üstüste Yenilmezlik (14 maç) (1999-00)
162) Evinde Avrupa kupalarında yenilmezlik 19 maç (1999-00)

P.S. Bütün material, Atilla Bey Cavidin Facebook-dakı statusundan icazəsi alınmış oğurluq məhsuldur.

etibarli.wordpress.com/

oğraşdı yalan deyən...

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.