10.000 BC

Image 

Filmdə çox hadisələr var ki, yazmaq istərdim. Amma, film haqqinda çox danışıb filmə baxmağınıza mane olmaq istəmirəm.

Film başdan ayağa “qələbəyə doğru atılmalı ilk addımın inanmaq olduğuna inandırmaq” mesajı verir. Bütün qəbilələri inandırmaq üçün bir nəfərin boynuna böyük yük düşür. Filmin qəhrəmanı da bu missiyanı çox gözəl yerinə yetirir. Bütün qəbilələri “Allah” deyə qəbul etdikləri birinə qarşı çıxarmaq, onların güclü olduğunu, Allahı öldürməyi bacaracağına inandıra bilir. Allahın qərar tutduğu yerdə müxtəlif qəbilələrdən olan qullar var idi. Qula çevrilməmiş qəbilələrdən olan insanları  inandırmaq da onun boynunda idi. Gizlincə girdikləri böyük tapınaqda vəhşicəsinə işlədilən fillərdən istifadə edərək aranı qatmağı bacarırlar. Fillərə nizə batıraraq qıcıqlandırıb qaçışmalarına səbəb olub qullarda ruh yüksəkliyi yaratdılar. Qullar elə bildi ki, vacib nəsə olub.  Və sonda bütün qullar da gizlincə içəri girənlərə qoşulur. Allah tərəfdarları ilə etirazçılar arasında döyüş başlayır. Az vaxtda etirazçılar, bütün “Allah döyüşçüləri”ni  ödlürməyi başardılar. Baş qəhrəmanın Allahı öldürmək üçün hərəkətə başlama səbəbi sevgilisinin Allahın döyüşçüləri tərəfindən saxlanması idi. Və tapınağın qabağında iki qüvvə: etiraz edənlər və Allahın qulluqçuları. Allah çölə çıxır və etirazçılara qoşulan bütün qullar ritual olaraq yerə uzanırlar.  Baş qəhrəmana təklif olunur ki, sevgilisini götürüb getsin. Çünki 15-20 nəfərdən başqa minlərlə insan yerə sərələnmişdi. O da bütün qulların azad olunmasını istəyir. Təklif rədd olunur. O da nizəsini götürür düz Allah tərəfə atır. Nizə düz ürəyinə girir və dığırlanaraq etirazçıların önünə düşür. Baş qəhrəmanın orda dediyi bir cümlədən sonra yerə uzanmış qullar ayağa durur; “O Allah deyildi. Allahlar ölməz.”
 Bizim mübarizəmiz də eynən buna bənzəyir. İnandıqları şeylərin yanlış olduğunu özləri belə inanmaq istəyən xalqımız var. İstəyirlər inansınlar ki, prezidentləri yaxşı deyil. Daha yaxşısına layiq olduqlarına inanırlar, daha yaxşısının var olduğuna inanmırlar. Daha yaxşı dolanmaq istəyirlər, daha çox pul qazanmaq istəyirlər.

İndi ölkədə TV-lərə ya baxmırlar, ya da baxıb inanmırlar. Bu siyasi hakimiyyət özləri də bilmədən, ifrat PR apardıqları üçün TV izləyicilərini inandıra bilmirlər. Ayda ildə bir dəfə ANS-də hansısa debata çıxan muxalifət nümayəndəsinin söylədiyi ağır tənqid camaatın dilində uzun müddət dolaşır. Bütün günü İlham Əliyevin ölkədə quruculuq işlərinin analoqu olmayan səviyyədə apardığına dair yalanlara cammat artıq inanmır. Bütün xalqı, hansı ki, onlar dəyişimi istəyənlərdir, inandırmaq istəyən, bu ağır işi çiyinləri üstünə götürməyi özünə borc bilən, həm də buna layiq olan lider ilk öncə özünü təsdiq eləməlidir.  Xalqa İlham Əliyevin kim olduğunu anlatmağa ehtiyac qalmayıb, hamı bilir. Camaata özünü necə təsdiq etmək isə çox çətin prosesdir, ona görə ki, xalqın arasında böyük bir qism var ki, hər formada bəhanələr tapmaqda ustalaşıblar. Qorxduqlarını, daha dəqiq desək inanmaq istəmədiklərini bildirməmək üçün hər nə desən deyərlər. Amma, bu xalqın lideri olmaq çox çətin məsələdir. Kim olmaq istəyirsə, hər şeyi gözə almalıdır. İkinci bir “Heydər Əliyev dalğası”nın yaşanma ehtimalı da yüksəkdir. Necə ki, xalq öz qəhrəmanını tez dəyişdi, Elçibəyi unudub Heydər Əliyevdən sarıldı. Xalq hələ indi-indi Elçibəyi sevməyə başlayır. İkinci bir Elçibəy də olmasın, Heydər Əliyev də. Xalqın birinci lideri olsun. Hansı ki, xalqının yanında həmişə lideri olaraq qalsın.

Hələlik…
 

 

Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.

%d bloqqer bunu bəyənir: