Prinsiplər və həyat mübarizəsi

Insanları “Udan” və “Uduzan” deyə iki yerə ayırırlar. Bu ayırımı mən də qəbul edirəm. Insan həyatı boyunca nə edirsə, nə üçün çalışırsa nələrisə əldə etmək üçün edir. Fərq eləmir yaxşı bir şey ve ya pis bir şey. Hər nə olur olsun bu insanlar üçün doğrudur. Kimsə prezident olub, diktatorluq etmək istəyirsə, bunun üçün əlindən gələni edirsə, bu onun üçün doğrudur. Doğru bildiyi şeyi edir. Amma, bu “doğru”ların cəmiyyətə yansıması var. Hər hansı prezident diktatordursa cəmiyyət də onu dilinə gətirməsə belə, diktator kimi qəbul edir. Bunun bütünlüklə qəbul olunması isə zaman məsələsidir.
Uşaqlıqdan uduzmağı qəbul edə bilmirəm. Bununla bağlı bir neçə xatirəm var. Istədim çatdırım Sizlərin diqqətinə.
Kənddə yaşasam da şəhərdə məktəbdə oxumuşam. Kənddə ailəmin statusuna, mənim məktəbi yaxşı oxumağıma görə xüsusi diqqət olub mənə. Hamı xətrimi çox istərdi. Məktəbim isə şəhərdə (Naxçıvanda) ən yaxşı məktəblərdən sayılardı. Bir dəfə eşitdim ki, xalamın oğlu kənd məktəbində stolustu tennis üzrə birinci yerə çıxıb. Mən, dəqiq xatırlayıramsa, 5-ci sinifdə oxuyardım, xalaoğlum onuncu sinifdə. Dözəmmədim. Xalamoğlu isə həyətlərində kustar üsulda hazırladığı tennis stolunda öyrənirdi oynamağı. Xalamoğlundan xahiş etdim mənə də öyrətsin. Öyrətdi. Yaxşı da öyrənirdim. Tezliklə yaxşı oynamağa başladım. Oynamaq üçün xalamgilin həyətinə gələn kənd uşaqlarını udmağa başlamışdım. Növbəti çempionata qoşula bilməzdim. Kənd məktəbinin şagirdləri üçün idi. Atama yalvarırdım ki, məni də qoşsun çempionata. Nəsə, alınmadı. Çempionun bəlli olacağı gün getdim kənd məktəbinə. Xalaoğlum udmuşdu yenə. Hamının içində xalamoğlu ilə oynamağı istədim. Oynadıq və uduzdum. Amma, az xalla. Ordakılar hamısı dedilər ki, sən qoşulsa idin, ən azı 2-ci yerə çıxardın. Bu mənə bəs edirdi, amma 1-ci olmaq da var idi işin içində.
Kənddə Türkiyədə fəhləlik edərək pul toplayıb kəndə gələn qayıdan bir gənc mərkəzdə bilyard salonu açmışdı. Bacarmırdım, baş da qoşmurdum. Moskvada yaşayan qohumum yay tətili üçün kəndə gəlmişdi. Dedi gedək bilyard oynayaq. Getdik, oynaya bilmirdim, uddu məni. Utandım. Hətta bilyard stolunun örtüyünü də cırdığım üçün hamı gülmüşdü. Onda 7-8 sinifdə oxuyardım. Sonra bu qayıtdı getdi Moskvaya. Mən də şəhərdə dostlarımdan xahiş etdim ki, öyrənməyim üçün kömək etsinlər. Şəhərdə məktəbimin yanında böyük bilyard salonu var idi. Apardılar ora. Hər dərsdən çıxanda 1 saat orda vaxt keçirirdim. Öyrəndim. Növbəti dəfə qohumum kəndə gələndə mən özüm təklif elədim gedib bilyard oynamaği. Getdik və uddum. Özü də dəfələrlə. O hissləri yaşamaq qədər gözəl hisslər ola bilməz.
9-cu sinifin ikinci rübündə Bakıya köçdük. Yeni dostlar, yeni xarakterli gənclərlə tanış oldum. Əyalət təfəkkürü məndə o qədər də yox idi. Anamın təsiri çox olmuşdu. Həmişə ədəbiyyat oxumağa vadar edirdi məni. “Səfillər”i hələ 5 ya da 6-cı sinifdə oxumuşdum. Həmişə rəngli geyinməyimi istəyirdi anam. Çox vaxt eləmirdim. Balaca vaxtı mənə rəngli köynəklər alırdı.
Bakıda bir uşaq məktəbə maşınla gəlib-gedirdi. Bizim Naxçıvanda imkanımız yaxşı idi. Maşınımız həmişə var idi. Yenə, anamın məni böyütməyindən irəli gəlir bu, heç vaxt maşın, pul haqqında fikirləşməzdim. Amma, Bakıya gəldikdən sonar dəyişməyə başlamışdım. Sonralar ən yaxın dostum olan Vüqarın məktəbə maşınla gəlib-getməyi yox, maşını çox yaxşı idarə etməyine dözə bilmirdim. Lap uşaqlıqdan maşın sürməyə başladığından çox yaxşı bacarırdı. Bir dəfə birlikdə hazırlığa maşınla gedərkən təkid elədim ki, məni də öyrətsin. Maşın avtomat karobka olduğundan asan oldu ilk dəfədə. Sonralar hər gün davam etdi. Və öyrəndim. Vüqar qədər də olmasa, 10-cu sinif uşağının maşın sürmə qabiliyyəti hara qədərdirsə, bir o qədər də bacarırdım. Birinci kursda oxuyanda restorana getdik əmimgilnən. Universitetə yeni girmişdim. Əmim dedi ki, gəl maşını sür evə gedək. Atam qoymadı ki, bacarmır. Oturdum sürdüm. Evə gələndə atam çox heyrətlənmişdi ki, harda öyrənmişəm. Indi də çox yaxşı bacarıram.
Burda uduzmağı sevməməyimlə bağlı demək istədiyim odur ki, ən azı məktəbdə, məhəllədə, bizi tanıyanlar içində sürməklə bağlı Vüqarın adı çəkiləndə mənim də adım çəkilirdi. “Mən də “ruçnoy” darta bilirəm” demək mənim üçün böyük şey idi.

Ümumiyyətlə həyatda “udan” olmamışam. Ya da özümü belə inandırmışam. Məktəbin ən yaxşı iki şagirdi var idi. Ikimiz də eyni kənddən idik. 6-cı sinifdə Türk litseyinə imtahan verdik. O qəbul oldu, mən yox. Hamı dəhşətə gəlmişdi, niyə daxil ola bilmədim, imtahanı keçe bilmədim deyə. Uzun müddət bunun acısını çəkmişəm, indi də yadıma düşəndə pis oluram. Universitetə imtahan verəndə də belə bir şey oldu. Sınaq imtahanlarında 500-dən çox bal yığsamda, qəbul imtahanında az bal yığdım. Ağlama vərəqimə görə 520 bal yığmışdım. Təxminən 200 ballıq sürüşdürmə etmişdim.
Bir dəfə başıma çox pis hadisə gəldi. Mağazada (əmimin) oturduğum yerdə maşın mağazaya girib məni vurmuşdu. Sevindiyim tək şey var: əsas odur ki, “niqodnuyam”.
Indi de çox şeyə dözə bilmirəm. Yazmaq istəmirəm. Kiminsə xətrinə dəyə bilər. Amma, belədir. Mübarizəyə lap uşaqlıqdan başqa formalarda başlamışam. Həmişə prinsipial olmuşam. Indi də prinsipiallığımı itirməməyim üstündə qurmuşam. Bu mənim ölümümə səbəb ola bilər. Ideallarıma xəyanət etmək, prinsiplərimə sadiq qala bilməmək mənə ən ağır söyüş ola bilər. Prinsiplərinə sadiq qala bilməyən insanlar isə heç vaxt mənim ətrafımda ola bilməzlər.

Advertisements
Öncəki yazı
Sonrakı yazı
Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.

%d bloqqer bunu bəyənir: