Mübarizə və sən

Bizi mübarizəyə öz gündəlik həyatımız vadar edib. Gündəlik çəkdiyimiz əziyyət. Kiminsə bu rejimdən əziyyət çəkdiyini görəndə, biz, dəm-düşərgədən olan gənclər narahat oluruq. Hansı ki, o insan bunu qəbul etmir ki, çəkdiyi əziyyətin səbəbkarı rejimdir.
 

Bizə çox şey agahdır. Bəzi şeylər qalıb. Məsələn, bəzən çox komformist oluruq. N!da-nın doğum günü ilə bağlı üzvlərinin üzvolma seruvenləri haqda yazdıqlarına baxanda bir daha anladım. Üzv olmaq üçün dirəşən gənclərin arxasıyca gedilməyibmiş. (Deyirlər indi düzəlib.) Hər təşkilatın o formada problemləri olur. Məsələn, biz, bu il anket dolduran gənclərin bir çoxu ilə hələ görüşə bilməmişik. Təxminən, 40 nəfərə yaxın gənc anket doldurub yanvar ayında. 

Agah olmalı olan odur ki, indi biz bütün işlərimizi kənara qoyub bu işlərlə məşqul olmasaq, nə bu ölkə dəyişəcək, nə də bu xalq ayaqlanacaq. Nə də bu gün bizi tam mübarizədən kənar qoyan işin bizə hər hansı xeyri olacaq. Inanın, olmayacaq. Bu gün mən vaxt ayırıb yeni üzvlə görüşüb Komitə barədə, gördüyümüz, görmək istədiyimiz işlər barədə məlumat verə bilmirəmsə, ondan Komitə üçün bacara biləcəyi şeyləri öyrənə bilmirəmsə, o gənc kor-koranə üzv olacaqsa, bunun mübarizəyə qram da xeyri olmayacaq. O yeni gənc də görəcək ki, heç bir proseduraya riayət olunmur, heç bir iş, qaydasında olmalı ikən, başqa formada, komformistcəsinə görülürsə o da mənim kimi olacaq.

Gənclər, o gənclər ki, ayıq təbəqə hesab olunur, bu il üçün bütün işləri kənara qoyub mubarizəyə sarılmalıdır. Başqa formada mubarizə qəbul olunmur, alınmır, başa gəlinmir. Yarım-yamalaq iş görməklə heç bir şey əldə etmək olmaz. Ayıq təbəqənin içində yatan gənclərə ehtiyacı yoxdur Azərbaycan xalqının. Məsələn, dindirsən müxalifətçidir, amma heç bir qatqısı yoxdur ümumi işlərə. Yaxınlaşırsan, alov püskürür, amma addım atıb torpağı silkələyə bilməyən əjdahalara ehtiyacı yoxdur xalqın. Bu xalq o xalq deyil ki, yatan şirə bənzədilsin. Bu xalq elə “yatan” xalqdır. Onu oyada bilənlərə ehtiyacı var.

Advertisements
Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.

%d bloqqer bunu bəyənir: