Təhsilsiz İqtisadiyyat.

Image
Təhsil iqtisadi duruma təsir edən ən mühüm amillər sırasındadır. Çağdaş iqtisadiyyatda insan kapitalına qoyulan xərclər ən yüksək gəlirli investisiya hesab olunur.

Əksər zamanlarda və ölkələrdə, xüsusən də postsovet tranzitiv ölkələrdə milli iqtisadiyyatların inkişafını şərtləndirən iki əsas amillərdən biri, bəzən də birincisi kimi təhsilin sisteminin səmərəliliyi, təhsilin keyfiyyəti və kütləvilik səviyyəsi qeyd edilir.
  ABŞ dövlətinin ilk illərindı təhsilə diqqəti heç zaman zəiflətməməmiş, müntəzəm olaraq təhsildə islahatlar keçirmişdir. ABŞ, keçən əsrin sonlarından başlayan Yaponiya təhsil sisteminin üstünlüyünün aşkar edilməsi ilə böyük həyacan yaşamaqda idi, hələ də davam edir. Yaponiyanın digər ölkələrdən uzunmüddətli üstünlüyü yalnız idarəetmə sistemində və malların yüksək keyfiyyətində deyil, həm də onların oxumaq bacarığı və istəyindəndir. Yaponiya iqtisadi uğurlarının əksər izahları əmanət normalarının yüksəkliyi, ömürlük işə götürmə, dövlətlə özəl sektorun münasibətləri və hamkarlar ittifaqlarının fəaliyyəti ilə məhdudlaşmır. Bunlar, əlbəttə, vacidbir, əsas səbəb yaponların hər şeydən üstün saydıqları təhsilə olan kəsilməz və yaxşı təşkil olunmuş hərislikləridir.

  Azərbaycanın təhsil bəlalarının kökü müstəmləkə dövrlərinə gedib çıxır. 1916-cı ildə M.Ə. Rəsulzadənin təşəbbüsü ilə Azərbaycanda milli məktəblərinin açılması təklifi ilə çar canişininə müraciətnamə qəbul edilməsi qərara alınır. H.Z. Tağıyevin də qatıldığı bu tədbir nəticəsində çar II Nikolaya təqdim olunan son sənədə 3 təklif daxil edilir: 1) milli məktəblərin açılması; 2) məhkəmələrdə dilmancların iştirakı; 3) bələdiyyələrdə Qafqaz türklərinin maraqlarını ifadə edən<<qlasnıların>> iştirakı. Bu ərəfədə Azərbaycanı bürümüş xalq hərəkatlarının təzyiqindən çəkinən monarx üsul-idarəsi son iki təklifin qəbulu zorunda qalsalar da, birinci təklifi rədd edə bildilər.

 Vicdan və ədalət naminə deyim ki, sovet dövründə ümumi <<likbez>>(savadsızlığın ləğvi) dalğasında Azərbaycanda yüksək keyfiyyətli təhsil sistemi bərqərar oldu. <<Likbez>> dövründə vətəndaş və dünya müharibələrində valideynini itirib yiyəsiz qalmış minlərlə uşaqlar zorla təhsilə cəlb olundular. Bu da öz nətisəini verdi-sonralar bunların içindən çoxlu alimlər, elm, ədəbiyyat adamları və s. yetişdi. Bu gün şəxsən rastlaşdığım atalı-analı istedadlı və ya yox, uşaqların təhsildən kənarda qalmasına heç nə bəraət qazandıra bilməz. Əslində uşaqlar təhsildən kütləvi kənarda deyillər. Azərbaycan xalqına lazım olan savaddan kənarda qalıblar. O ölkənin iqtisadiyyatı güclü olar ki, orda yüksək keyfiyyətli təhsil sistemi olsun. 

Advertisements
Sonrakı yazı
Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.

%d bloqqer bunu bəyənir: