Maaşlarımız və milyonlarımız!

Image
İctimai Təşəbbüslər Mərkəzi 2012-ci ildə ayrı-ayrı idarəetmə orqanları üzrə ümumi xərclərdən əmək ödənişlərinə ayrılan vəsaitlərə dair maraqlı siyahı təqdim edib.
Bu barədə mərkəzin rəhbəri Qubad İbadoğlu açıqlama verib.

Siyahıda göstərilir ki, Milli Məclisin əmək ödənişi xərcləri 12,5 milyon manat (bütün xərclərin 70 faizini) təşkil edir. Bundan əlavə, Prezident Administrasiyasının əmək haqqı xərcləri 29,6 milyon manat (bütün xərclərin 55,6 faizi), mərkəzi hakimiyyəti təmsil edən nazirlik, komitə, agentlik və xidmətləri üzrə əmək ödənişi xərcləri- 98,2 milyon manat (bütün xərclərin 61 faizi), rayon və şəhər icra hakimiyyəti orqanları üzrə əmək ödənişi xərcləri 40,9 milyon manatdır (bütün xərclərin 67 faizi).

Dövlət qulluqçularının əmək haqqının hazırda qüvvədə olan məbləği ölkə prezidentinin 9 iyul 2008-ci il tarixli sərəncamı ilə müəyyənləşdirilib. Sərəncama əsasən, dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 175 manat, yardımçı vəzifələr üçün 120 manat təşkil edir. Bəzi qulluqçu vəzifələri üzrə maaşların məbləği aşağıdakı kimidir:

Prezident Administrasiyasının rəhbəri – 1900 manat;

Dövlət müşaviri – 1660 manat;

Prezidentin İşlər müdiri – 1550 manat;

Prezident Katibliyinin rəisi, Prezident Administrasiyasının şöbə müdiri, prezidentin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi – 1500 manat;

Prezidentin İşlər İdarəsində baş məsləhətçi – 980 manat;

Prezident Administrasiyasında böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) – 450 manat;

Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatası Aparatının rəhbəri – 1550 manat;

Milli Məclisin işlər müdirinin müavini – 900 manat;

Mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbəri, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru – 900 manat;

Nazirliklərin, dövlət komitələrinin aparat rəhbəri – 800 manat;

Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatasının Aparatında baş məsləhətçi – 745 manat;

Nazirliklərin və dövlət komitələrinin aparatlarının şöbə müdirləri – 692 manat;

Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçılarının müavinləri – 665 manat;

Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçılarının müavinləri – 590 manat;

Əhalisi 50 min nəfərdən az olan rayonların icra hakimiyyəti başçılarının müavinləri- 515 manat;

Rayon tabeliyindəki şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri- 195 manat;

Qəsəbə və kəndlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri- 192 manat.

Vəzifə maaşlarından savayı, qüvvədə olan qanunvericilik dövlət qulluqçularına müxtəlif əlavələrin verilməsini nəzərdə tutur. Həmin əlavələrə daxildir: “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanuna əsasən, dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir.

Ölkə prezidentinin 28 yanvar 2002-ci il, 665 saylı fərmanına əsasən, məmurlara qulluq stajına görə əlavələr verilir. Belə ki, 1 ildən-5 ilədək stajı olanlara aylıq vəzifə maaşının 5 faizi, 5 ildən-10 ilədək olduqda 10 faizi, 10 ildən-15 ilədək olduqda 20 faizi, 15 ildən yuxarı olduqda isə 30 faizi həcmində qulluq stajına görə əlavələrə tətbiq olunur.

Ölkə prezidentinin 3 sentyabr 2001-ci il, 569 saylı fərmanına əsasən, məmurlara ixtisas dərəcələrinə görə əlavələr verilir. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçularına hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:

1. Həqiqi dövlət müşaviri – 65 manat;

2. 1-ci dərəcə dövlət müşaviri – 60 manat;

3. 2-ci dərəcə dövlət müşaviri – 58 manat;

4. 3-cü dərəcə dövlət müşaviri – 56 manat;

5. Dövlət qulluğunun baş müşaviri – 46 manat;

6. Dövlət qulluğunun müşaviri – 44 manat;

7. Dövlət qulluğunun kiçik müşaviri – 42 manat;

8. 1-ci dərəcə dövlət qulluqçusu – 38 manat;

9. 2-ci dərəcə dövlət qulluqçusu – 34 manat;

10. 3-cü dərəcə dövlət qulluqçusu – 30 manat;

11. Kiçik dövlət qulluqçusu – 26 manat;

12. Dövlət qulluğunun baş referenti – 22 manat;

13. Dövlət qulluğunun böyük referenti – 18 manat;

14. Dövlət qulluğunun 1-ci dərəcə referenti – 16 manat;

15. Dövlət qulluğunun 2-ci dərəcə referenti – 14 manat;

16. Dövlət qulluğunun 3-cü dərəcə referenti – 12 manat;

17. Dövlət qulluğunun kiçik referenti – 10 manat.

Millət vəkillərinə aylıq vəzifə maaşları “Milli Məclis deputatının statusu haqqında” qanuna əsasən müəyyən edilir. Hazırda deputatların əmək haqqı aşağıdakı kimidir:

Milli Məclisin sədri – 1950 manat;

Milli Məclis sədrinin birinci müavini – 1755 manat;

Milli Məclis sədrinin müavini – 1657,5 manat;

Milli Məclisin komitə və komissiya sədri – 1560 manat;

Milli Məclisin komissiya sədrinin müavini -1462,5 manat;

Milli Məclisin deputatı – 1360 manat.

Aylıq vəzifə maaşlarından savayı, millət vəkillərinə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ödənilir.
Səhv eləmirəmsə, Teleqraf.az.

Advertisements
Öncəki yazı
Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.

%d bloqqer bunu bəyənir: